XİDMƏTLƏR
765
İşəgötürən319
Vakansiya4124
NamizədSon 24 Saat
0
0
Son 7 Gün
0
0
Son 30 Gün
0
0
İstifadә Şә rtlә ri
“Kandidat.az”, “GDG Professionals”, “biz”, “bizə/i” və “bizim” terminləri saytın Azərbaycan, AZ1025, Bakı şəhəri, Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 8-ci mərtəbə, 41-ci ofis ünvanında qeydiyyatdan keçmiş “GDG Professionals” sahibkarına aiddir.
“Namizəd”, “istifadəçi”, “siz” və ya “sizin” terminləri, iş axtarışı ilə bağlı saytımızda qeydiyyatdan keçən və ya xidmətlərimizdən hər hansını əldə edən şəxs nəzərdə tutulur.
“İşəgötürən”, “istifadəçi”, “siz” və ya “sizin” terminləri, işə cəlb etmə ehtiyaclarında kömək məqsədilə bizdən xidmət(lər) əldə edən hər hansı şəxs, şirkət, təşkilat və ya müəssisə nəzərdə tutulur.
Bu sayt “GDG Professionals”-a məxsusdur, onun tərəfindən işlədilir və aşağıdakı şərtlərlə sizin istifadənizə verilir. Bu saytdan və ya burada təklif olunan xidmətlərdən istifadə etməklə siz bu şərtləri və üçüncü şəxs tərəfindən təmin olunan xidmət və məlumata xüsusi olaraq tətbiq olunan digər şərtləri qəbul etmiş olursunuz.
BU ŞƏRTLƏRƏ İCRA ETMƏK İSTƏMİRSİNİZSƏ, ZƏHMƏT OLMASA BU SAYTDA QEYDİYYATDAN KEÇMƏYİN VƏ ONDAN İSTİFADƏ ETMƏYİN.
Ümumi müddəalar
Bu saytda yerləşdirilən material və xidmətlərdən istifadə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.
İstifadəçi Azərbaycan Respublikasının qanunvericiliyinə və ya beynəlxalq hüquqa zidd olan məlumatları saytda yerləşdirməməyə dair razılıq verir. Bunlara həmçinin əqli mülkiyyət hüquqları, müəlliflik hüquqları və / və ya bununla bağlı digər hüquqlara zidd olan, habelə bu saytın icra və xidmətlərinin nizamsızlığına səbəb olan və ya buna gətirib çıxara bilən hər hansı digər fəaliyyət növləri daxildir.
Ulduzla (*) işarələnmiş xanalar mütləq sayılır. Bu xanalarda doldurulan məlumat onun nəzərdə tutduğu ad və məzmuna uyğun olmalı və düzgün imla qaydalarına uyğun olaraq doldurulmalıdır.
Namizəd və ya işəgötürən profiliniz və ya vakansiyanıza uyğun olaraq məlumatınızın yer alacağı kateqoriyanı seçməlisiniz. Seçilmiş kateqoriyalar iş tərcihləri, vakansiyanın adı, işçinin vəzifələri və şirkətin fəaliyyət sahəsinə uyğun olmalıdır.
Qanuna zidd olan və aşağıdakı sahələrdə reklam xarakterli vakansiyalarla bağlı məlumatın yerləşdirilməsi qadağandır:
- Qumar biznesi, qumar oyunları və əyləncə növləri;
- Spirtli içkilərin və tütün məhsullarının istehsalı, satışı və reklamı ilə bağlı iş yerləri;
- Piramida investisiya sxemləri;
- Dini sektalar, erotik xidmətlər;
- Diplom, kurs, imtahan işləri və s. bu tipli işlərin yazılması;
- İnternetdə, e-mail-lərin işlənməsi və e-maillərin spam kimi göndərilməsi vasitəsilə qazanc;
- Şəbəkə marketinqi, birbaşa satışlar;
- Məhsul və xidmətlərin reklam edilməsi.
Kandidat az administrasiyası reklam və təbliğat xarakterli materialların məzmununa və göstərilən əlaqə və digər məlumatın etibarsızlığına, qeyri-dəqiqliyinə görə məsuliyyət daşımır.
Bu Qaydalardan irəli gələn və ya onlarla bağlı yaranan hər hansı mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən həll olunmalıdır.
Məhkəmə tərəfindən hər hansı müddəanın qanuni gücündən salınması və ya həyata keçirilməməli kimi tanınması digər müddəaları və bu qaydaları qanuni gücündən salmır.
Bu saytda yerləşdirilən məlumat və təmin edilən xidmətlərin yeganə məqsədi işə qəbul və karyera yüksəlişi axtaran şəxslərə və yeni işçilərin işə cəlb olunmasında maraqlanan işəgötürənlərə dəstək olmaqdır. Bu saytda yerləşdirilən məlumatları yalnız bu məqsədlərlə istifadə edə, çap edə və ya yükləyə bilərsiniz və onların hər hansı şəxsi və ya kommersiya məqsədlərilə istifadə olunması qadağandır. Digər hallarda siz bu saytda yerləşdirilən materialları surətini çıxara, sərgiləyə, ötürə və ya paylaya bilməzsiniz. Bu saytın bütün müəlliflik hüquqları, məlumat bazası hüquqları və digər əqli mülkiyyət hüquqları və səhifədə yerləşdirilən bütün materiallar Kandidat.az-a məxsusdur. Bu saytdan istifadə etməklə siz bu cür materialların mülkiyyətsizlik hüquqlarını əldə etmirsiniz.
Kandidat.az bu şərtlərə uyğun olaraq Namizəd və İşəgötürənlərə bu səhifəyə girməyə, ondan istifadə etməyə və bir-biri ilə əlaqə saxlamağa icazə verir. Bu şərtlərdə xüsusi olaraq göstərilən məqsədlər xaricində bu xidmətlərdən hər hansı digər məqsədlərlə istifadə edən tərəf saytdan istifadə etmək hüququndan məhrum ediləcəkdir.
Bu şərtlər siz Kandidat.az-ın İstifadəçisi olduğunuz müddətdə qüvvədə olacaqdır. Bu şərtlərin bəzi müddəaları hətta siz artıq Kandidat.az saytının İstifaçəsi olmadığınız və ya öz səhifənizin aktivliyinə son qoyduğunuz hallarda belə qüvvədə qalacaqdır. Biz hər hansı səbəbdən sizin qarşınızda hər hansı öhdəlik daşımadan sizin bu sayta və/və ya bu xidmətlərə girişinizə son qoya, müvəqqəti olaraq dayandıra və ya ləğv edə bilərik.
Sizdən hər hansı qeydiyyat formasının doldurulması xahiş ediləndə, təmin etdiyiniz şəxsi məlumat düzgün, dəqiq və tam olmalıdır. Qeydiyyatınızla bağlı hər hansı dəyişikliklər baş verərsə, bizi bundan xəbərdar etməyə razılıq verirsiniz. Kandidat.az-ın administrasiyası profil və vakansiya formalarının məzmununa, habelə göstərilən digər məlumat və ya əlaqələrin dəyanətsizliyinə görə cavabdeh deyil.
Sizin şəxsi məlumatınız Kandidat.az tərəfindən məxfilik siyasətinə uyğun olaraq toplanacaq və işlənəcək. Bu şərtlərə razılıq verməklə, siz həm də məxfilik siyasətimizin şərtlərinə razılıq vermiş olursunuz.
Sizə etibarlı xidmət təklif etmək üçün bütün mümkün addımları atacayıq. Buna baxmayaraq, sistemimizdə saxlanan profil və vakansiyaların dəqiqliyi və ya gerçəkliyinə zəmanət verə bilmərik. Siz anlayır və qəbul edirsiniz ki, bu bizim nəzarətimiz xaricindədir və Namizəd(lər) və ya İşəgötürən(lər) tərəfindən qeyri-dəqiq məlumatın yerləşdirilməsi halında ödəmələr geri qaytarıla bilməz.
Biz həmçinin zəmanət vermirik ki, profil, vakansiya və ya reklamınıza hər hansı cavab olacaq və ya bu cavablar dərcinizin məqsədinə uyğun olan namizəd və işəgötürən tərəfindən veriləcək.
Namizədlərin tələb olunan qabiliyyət və keyfiyyətə malik olmasını və yerləşdirilən vakansiyalarda tələb olunan vəzifə borclarının və münasib əmək haqqının göstərilməsini yoxlamaq sizin məsuliyyətinizdir. Namizəd və İşəgötürən arasında hər hansı bir münaqişə baş verərsə, ödənilmiş haqq geri qaytarılmır və bu cür hallar Kandidat.az-ın administrasiya tərəfindən idarə edilmir.
Biz İşəgötürənlərin xahişi ilə onun yerləşdirdiyi vakansiya üzrə qəbul olunmuş ərizələrə, həmçinin Namizəd adından İşəgötürən tərəfindən yaranan əlaqələrə nəzarət etməyəcəyik. Bu, saytın istifadəçilərinin məsuliyyətidir.
İşəgötürən və Namizədlər, habelə işəgötürənin ödəniş planları ilə bağlı xidmətlərimizin bu müddəa və şərtləri bu saytın münasib yerlərində yerləşdirilmişdir. Kandidat.az administrasiyası hər hansı müddəa və şərtə, habelə xidmət və ödəniş planlarına İstifadəçiləri əvvəlcədən xəbərdar etmədən dəyişikliklər etmək hüququnu özünda saxlayır. Buna baxmayaraq, bütün fəal xidmət və ödəniş planları alındığı an tətbiq olunan şərtlərə uyğun olaraq davam edəcək. Bu, yalnız hər hansı xidmət və ya ödəniş planının cari istifadə müddəti bitdikdən sonra qüvvəyə minəcəkdir.
Biz həm də dəfələrlə işəgötürmə standartlarına cavab verməyən və bu cür standartlara cavab vermək imkanına malik olmayan, habelə qeyri-qanuni əməliyyatlarla məşğul olan işəgötürənlərə xidmət göstərməyi rədd etmək hüququnu özümüzdə saxlayırıq.
Ödəniş şərtləri
- Xidmət əvəzində ödənilməli olan məbləği xidmətin başlamasından öncə ödəməyə razılıq verirsiniz (bizimlə digər ödəniş strukturu barəsində razılıq əldə olunan hallar istisna olmaqla). Ödənişin saytımızda göstərilən seçimlərdən biri yolu ilə həyata keçiriləcəyinə dair razılıq verirsiniz. Siz başa düşür və razılaşırsınız ki, siz və ya bu cür əməliyyatların ödənişinə görə məsul şəxslər ödənişi həyata keçirməzlərsə, biz sizə göstərilən xidmətləri dərhal dayandıra bilərik.
- İşəgötürən və Namizəd xidmətləri üçün qiymətlər, habelə işəgötürənin ödəniş planları bu saytın müvafiq yerlərində yerləşdirilmişdir.
- Kandidat.az-ın administrasiyası hər hansı xidmət və ya ödəniş planının qiymətlərini İstifadəçiləri xəbərdar etmədən dəyişdirmək hüququnu özündə saxlayır. Bununla belə, bütün cari xidmət və ödəniş planları onların alındığı zaman qüvvədə olan qiymət şərtlərinə uyğun alaraq icra ediləcəkdir. Bu, yalnız hər hansı xidmət və ya ödəniş planının cari istifadə müddəti bitdikdən sonra qüvvəyə minəcəkdir.
Kandidat.az bizə bildirdiyiniz məlumatın məxfi saxlanacağına və yalnız aşağıda göstərilmiş məqsədlərlə istifadə olunacağına dair təminat verməyi öz öhdəsinə götürür. Bizim məqsədimiz bütün istifadəçilərimizi təhlükəsiz və qorunmuş təcrübə ilə təmin etməkdir.
Siz öz məlumatınızı sayta qeyd etdiyiniz zaman, CV-ləriniz daxil olmaqla (əgər onu yerləşdirməyə qərar versəniz), bunlar hər hansı işəgötürən, birbaşa rekruter, işə götürmə işləri üzrə müşavir və ya hər hansı digər şəxs və ya təşkilat tərəfindən axtarıla, baxıla və ya internet vasitəsilə endirilə bilər (əgər onlar işəgötürən ödəniş planlarının birindən və ya “Namizəd axtar” xidmətindən istifadə edirlərsə). Bu cür təşkilatların təbiətini və biznesini təyin etmək üçün bütün tədbirləri həyata keçiririk, amma bu, onların düzgünlüyünə zəmanət sayıla bilməz.
Şəxsi məlumatınız
Siz saytımızda qeydiyyatdan keçəndə, biz sizin adınız, əlaqə nömrələriniz və digər şəxsi məlumatlarınızı toplayacağıq. Siz saytda qeydiyyatdan keçəndən və Müddəa və Şərtlərimizə razılıq verəndən sonra, artıq bizim üçün anonim olmursunuz. Biz, təmin etdiyiniz məlumatdan sizi yeni məhsul və xidmətlərimizdən agah etmək üçün istifadə edə bilərik. Biz həm də saytda, və ya sizin istifadə etdiyiniz məhsullarımız və xidmətlərimizdə olan hər hansı dəyişikliklərlə bağlı sizinlə əlaqə saxlaya bilərik.
Şəxsi məlumatın açıqlanması
Siz qeydiyyatdan keçəndə, biz haqqınızdakı məlumatı sizin şəxsi profilinizdə toplayırıq, amma bu məlumat sizin şifrənizlə qorunur və bu profilə yalnız siz daxil ola bilərsiniz. Siz profilinizin fəallığını istədiyiniz an dayandıra bilərsiniz. Sizin CV-niz (əgər onu yerləşdirməyə qərar versəniz), işəgötürən ödəniş planlarından birindən və ya “Namizəd axtar” xidmətindən istifadə etmədiyiniz təqdirdə Kandidat.az-ın müştəriləri tərəfindən görülməyəcəkdir.
Qeydiyyat formanızdan və sizin saytınızdan istifadənizdən “kuki” (cookies) vasitəsilə məlumat yığıla bilər. Kuki kompüterinizin hard diskində yer almağa icazə istəyən kiçik fayldır. Siz razılıq verəndən sonra, fayl əlavə olunur və kuki internet şəbəkəsi trafikinin təhlil edilməsində yardım edir və hər hansı məxsusi sayta daxil olduğunuzu sizə bildirir. Kuki vəsitəsilə internet applikasiyaları sizə bir fərd kimi cavab vermək imkanı əldə edirlər. Sizin tərcihlərinizlə bağlı məlumatı toplayıb, yadda saxlamaqla, bu cür internet applikasiyaları öz əməliyyatlarını sizin ehtiyaclarınız, maraq və antipatiyalarınıza uyğunlaşdıra bilirlər.
Biz hansı səhifələrdən istifadə olunduğunu öyrənmək üçün trafik qeydiyyatı kukilərindən istifadə edirik. Bu bizə saytımızı müştərilərimizin ehtiyaclarına uyğun olaraq tərtib etmək üçün saytın trafiki haqda məlumatı təhlil etməyə imkan verir. Biz bu məlumatdan yalnız statistik təhlil məqsədləri ilə istifadə edirik və bu məlumat daha sonra sistemimizdən silinir.
Ümimilikdə, kukilər hansı səhifələri faydalı, hansıları isə yararsız hesab etməyinizdən asılı olaraq sizə təqdim etdiyimiz saytı daha da yaxşılaşdırmağa imkan yaradır. Kukilər bizə, sizin bizimlə paylaşmağa razılıq verdiyiniz məlumat xaricində, kompüterinizə və ya haqqınızdakı məlumata daxil olmaq hüququnu vermir.
Sizin kukiləri qəbul etmək və ya rədd etmək seçiminiz var. İnternet brauzerlərinin çoxu kukiləri avtomatik olaraq qəbul edir, amma siz istədiyiniz zaman brauzerinizi kukiləri rədd etməyə kökləyə bilərsiniz. Bu, sizin saytınizdan tam olaraq yararlanmaq imkanınızı məhdudlaşdıra bilər.
Təhlükəsizlik
Biz məlumatınızın təhlükəsiz olduğunu təmin etmək öhdəliyini üzərimizə götürürük. İcazə verilməmiş girişin və ya məlumatın açıqlanmasının qabağını almaq üçün biz onlayn olaraq saxladığımız məlumatı qorumaq üçün lazımi fiziki, elektron və idarəetmə prosedurlarını icra edirik.
Əlaqə
Siz bizimlə saytımızdakı Bizimlə Əlaqə səhifəsindən əlaqə saxlaya bilərsiniz.
Hər hansı digər sorğuları bizə əlaqə forması, Bizimlə Əlaqə səhifəsində göstərilən əlaqə məlumatlarından biri və ya birbaşa admin@kandidat.az ünvanı vasitəsilə ünvanlaya bilərsiniz.
Bu sayt “GDG Professionals” şirkətinə məxsusdur. 2014.