XİDMƏTLƏR
765
İşəgötürən319
Vakansiya4124
NamizədSon 24 Saat
Namizədlər
0
Vakansiyalar
0
Son 7 Gün
Namizədlər
0
Vakansiyalar
0
Son 30 Gün
Namizədlər
0
Vakansiyalar
0
Xidmət - Müsahİbəyə Нazırlıq
Təkliflərimz
- Vakant vəzifənin müsahibədə özünü yaxşıların yaxşısı kimi təqdim edən və buna işəgötürəndə əminlik, inam yaratmağı bacaran namizədlər tərəfindən tutulması hər kəsə məlumdur. Müsahibəyə hazırlıq xidməti namizədlərin müsahibə zamanı özlərini müvafiq səviyyədə təqdim etmə bacarıqlarını inkişaf etdirmək məqsədi ilə yaradılmışdır.
- Müsahibəyə hazırlıq xidməti GDG Professionals şirkətinin HR üzrə peşəkar mütəxəssisləri tərəfindən həyata keçirilir. Bu xidmət namizədlərə standart və qeyri-standart müsahibə suallarına hazır olmaq, müvafiq geyim seçimi, özünü təqdim etmə, vücud dilini idarə etmə, həyəcanı aradan qaldırmaq yollarını öyrədir. Müsahibəyə hazırlıq xidməti iki mərhələ : iki müsahibədən ibarətdir. Hər müsahibənin müddəti 30-40 dəqiqə təşkil edir.
- İlkin mərhələdə bizim mütəxəssislər namizədlə müsahibə keçirir. Müsahibə zamanı namizədin zəif tərəfləri müəyyənləşdirilir və namizədə bu barədə məlumat verilir, onların aradan qaldırılması üzrə ona məsləhətlər və materiallar təqdim olunur. İkinci mərhələdə namizəd yenidən müsahibəyə dəvət edilir, 1-ci mərhələdən sonra inkişaf və irəliləmə olub olmadığı yoxlanılır, müqayisə aparılır. Ehtiyac olarsa namizəd 3-cü dəfə müsahibəyə dəvət olunur.
- Müsahibəyə hazırlıq xidmətinin məbləği fərdi 30 AZN, 2 nəfərlik qrupda hər namizəd üçün 20 AZN, 3 nəfərlik qrupda hər namizəd üçün 15 AZN-dir.