az ru en
Şifrәni unutmusunuz?
 
× Bağlayın Təmizləyin
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.
 
× Bağlayın Göndәr Təmizləyin

Namİzәdlәr üçün tәklİflәr

Profil Yaradın

Şәxsİ Profİlİnİzİ yaradın

  • Əmək bazarı daxil olmaqla, sürətlə inkişaf edən biznes aləmində bir çox yeniliklər baş verməkdədir. İş axtarmaq və işçi tapmaq prosesi  artıq asanlaşıb: əgər keçmişdə hər iki tərəf bir çox mərhələlərdən keçməli idilərsə, bugünkü gündə həm işəgötürən, həm iş axtaranlar  bu addımları onlayn portal vasitəsilə reallaşdırırlar, bu da öz növbəsində onların vaxt və səylərinə qənaet etmələrinə imkan yaradır. Kandidat.az əmək bazarında birinci və yeganə onlayn portaldır ki, HRM –in bütün sahələrini bir məkanda cəmləşdirir: onlayn testlər, müsahibəyə hazırlıq, işəqəbul, HR mərkəz, işəgötürənlər və iş axtaranlar üçün müxtəlif xidmətlər.
  • Kandidat.az sizə portalda şəxsi profil yaratmağa, CV yerləşdirməyə və vakansiyaya birbaşa saytdan müraciət etməyə imkan yaradır. Bizim onlayn portal namizədə işəgötürənlə birbaşa əlaqə, şirkətlər tərəfindən yerləşdirilən vakansiyalara baxış, saytda yerləşdirilən xidmətlərin köməyi ilə yeni informasiyanın öyrənilməsinə  imkan yaradır. Yuxarıda qeyd olunanlardan əlavə, www.kandidat.az portalının unikallığı sayt istifadəçilərinin öz biliklərini və qabiliyyətlərini onlayn testlər vasitəsi ilə yoxlaya bilmələridir. Həmçinin “ Müsahibəyə  hazırlıq”  xidmətindən istifadə edərək, istifadəçiyə müsahibə zamanı çətin suallara hazır olmaq və namizədin özünü işəgötürənə ən yaxşı tərəfdən təqdim etmək imkanı yaradır.
  • Namizədlərin CV axtarışlarını asanlaşdırmaq və vaxtlarına qənaet etmək məqsədi ilə, biz portalda pulsuz CV nümunələri  yerləşdirmişik.
  • www.kandidat.az saytında qeydiyyatdan keçin və arzuladığınız işə bir addım daha yaxın olun!

XİDMƏTLƏR

Əgər siz digər namizədlər arasında fərqlənmək və qısa müddət ərzində işə qəbul olmaq istəyirsinizsə , onda portalda profilinizi irəli çəkməyə tələsin. Bu xidmət profilinizi üç gün ərzində www.kandidat.az ana səhifəsində yerləşdirmək imkanı verir.

Profilinizi işıqlandıraraq onu  www.kandidat.az saytında çoxsaylı namizədlərin profili arasından fərqləndirirsiniz, bununla da siz işəgötürənlərin diqqətini cəlb etmiş olursunuz.

“Premium Namizəd” statusunu və professional tərtib edilmiş CV-ni əldə etmək üçün  namizəd bizim mütəxəssislərə müraciət etməlidir. Bundan başqa, namizədin ixtisas üzrə biliyini, qabiliyyətlərini və şəxsi keyfiyyətlərini müəyyən etmək üçün, istifadəçi  gdgtraining.com onlayn testlərdən keçməlidir. “Premium Namizəd”-in üstünlüyü işəgötürənlərin bu namizədlərə marağı, bununla da namziədlərin perspektivli iş tapmaq şansının artmasıdır.

Onlayn Təlim Portal vasitəsi ilə GDG Professionals bütün istifadəçilərə iş yerini tərk etmədən, peşəkar testlərdən faydalanmaq imkanı verir. Beləliklə, İşəgötürən kimi  şirkətin həm vaxtına, həm də puluna qənaət edirsiniz, namizəd kimi isə  rahat şəraitdə iş yerində və yaxud evdə testlərdən keçə bilirsiniz. Daha ətraflı məlumatı www.gdgtraining.com saytından əldə edə bilərsiniz.

GDG Professionals şirkətinin HR üzrə peşəkar məsləhətçiləri tərəfindən həyata keçirilir. Burada əsas məqsəd istənilən bir şirkətdə müsahibə zamanı özlərini müvafiq səviyyədə təqdim edə bilmələri üçün namizədlərə dəstək olmaqdır. Bu xidmət namizədlərə standart və qeyri-standart müsahibə suallarına hazır olmağa yardım etmək üçün təşkil edilmişdir. Müsahibəyə öncədən hazır olun!

Bu xidmət www.kandidat.az portalında təcrübənizə, ixtisasınıza uyğun vakansiya tapmaq üçün rahat vasitədir. Ətraflı Hesabat xidməti son yaranmış vakansiyalar haqda sizə avtomatik bildiriş göndərir. Bu xidmət vasitəsilə axtarışında olduğunuz vakansiyaya asanlıqla müraciət edə və tez bir zamanda iş tapa bilərsiniz. 





Reklamınız Burada. Bizə Zəng Edin: (+99412) 488 64 19, (+99412) 488 64 20 vә ya (+99455) 440 91 14