az ru en
Şifrәni unutmusunuz?
 
× Bağlayın Təmizləyin
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.
 
× Bağlayın Göndәr Təmizləyin

HR Mәrkәzi - CV necə hazırlanmalıdır?

• Namizədin adı, soyadı, telefon nömrələri, e-poçt ünvanı CV-nin əvvəlində yazılmalıdır.
• Namizədin hansı sahə üzrə iş və vəzifə ilə maraqlandığı, məqsədi göstərilməlidir. 
• Əgər namizəd bir deyil, bir neçə vəzifə ilə maraqlanırsa, CV-də onları da göstərməlidir. 
• Şəklindən çox məmnun olan namizədlər onu CV-yə əminliklə yapışdıra bilərlər. Bu, sənəd üçün çəkilmiş şəkil olmalıdır.Təəccüblü görünsə də, CV-yə toy və digər şənliklərdə çəkilmiş şəkillərdən təcrid edilmiş şəkillərə də rast gəlmək olur. Bu, namizəd barədə qeyri-ciddi fikir formalaşdırır. 
• CV namizədin təhsili, iş təcrübəsi (təşkilatın adı, tutduğu vəzifə, işlədiyi müddət, vəzifə təlimatı və məsuliyyəti), əldə etdiyi nailiyyətlər, iştirak etdiyi treninq, seminar, konfranslar, xarici dil, kompüter savadı barədə məlumatları özündə əks etdirməlidir.
• Vəzifənin tələb etdiyi halda əlavə məlumatlar-xüsusi və ya əsas bacarıqlar, sürücülük vəsiqəsinin kateqoriyası və s. barədə məlumatlar təqdim edilə bilər.
• CV-ni hər hansı bir təşkilata təqdim etməzdən əvvəl onda qrammatik, orfoqrafik və məzmun səhvinə yol verilmədiyinə əmin olmaq lazımdır. Bu, ilk baxışdan sadə görülə bilər, lakin CV-dəki məlumatlarla yanaşı, yazının üslub və qrammatik səviyyəsi, səhvlər namizəd haqda ilk rəyi formalaşdırır.
• Namizədin özü barədə CV-də təqdim etdiyi məlumatlar tam düzgün olmalı, yalnışlıqlara, qeyri-real məlumatlara yer verilməməlidir.
• Namizəd təşkilata göndərdiyi CV-nin bir formasını mütləq özündə saxlamalıdır. Bu, müsahibəyə lazımi səviyyədə hazırlaşmaq üçün istinad edilən sənəddir. İşəgötürənin verəcəyi ilk suallar CV-də təqdim olunan məlumatlara əsaslanır və namizəd müsahibəyə dəvət alarkən mütləq CV-ni nəzərdən keçirməli və oradakı məlumatlarla əlaqədar suallarla hazır olmalıdır.
• Tələb olunmadıqda təşkilatlara CV ilə birlikdə zəmanətlər təqdim edilməməlidir. CV-nin sonunda “Zəmanət məktubları tələb olunduğu təqdirdə təqdim edilə bilər” cümləsinin yazılması kifayətdir.
• CV iki səhifədən çox olmamalı və kompüterdə yazılmalıdır.